KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 12-də saat 22 radələrində Yasamal rayonunun ...

12.07.2020

İyulun 12-də saat 22 radələrində Yasamal rayonunun N.Nərimanov prospektində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “BMW” markalı motosikletlə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

İyulun 10-da Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat daxil olmuşdur. Yaralılar xəstəxanaya yerləşdirilmişlər. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilmişdir.
F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülmüşdür.