KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini...

14.07.2020

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildrimişdir.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında Bilgəh qəsəbə sakini H.Əmirovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 8 qramdan artıq marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür.