KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 18-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakinləri...

18.07.2020

İyulun 18-də saat 19 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakinləri F.Məhərrəmovun idarə etdiyi “Mercedes” və Rüstəm Hümbətovun idarə etdiyi moped toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Hümbətov orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki MMC-lərin birinin anbarından 5060 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini D.Həsənov saxlanılmışdır. 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini V.Hümbətovun 8500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini İ.Yaqubov saxlanılmışdır.  

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Vəliyevin idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.