KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları...

23.07.2020

Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməldaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt, eləcə də Abşeron rayonlarında silsilə oğurluqlar edən şəxs saxlanılıb. Tədbir zamanı Şəmkur rayon sakini Sərdar Pənəhov tutulub. Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazalarından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib. Sərdar Pənəhov ifadəsində isə törətdiyi oğurluqlarının sayının isə yüzlərlə olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.

Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib. Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.
Nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib. 
Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıblar. Onlar şübhəli şəxs qisimində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar.
Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.