KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ (25-ci PŞ) və DİN ƏÇPA - İyulun 24-də paytaxtın Nizami rayonu ərazisindəki...

24.07.2020

Nizami RPİ (25-ci PŞ) və DİN ƏÇPA - İyulun 24-də paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birində orada işləyən Bakı şəhər sakini S.Muradovun içərisində 550 manat pul, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan çantasının oğurlanması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən  Astara rayon sakini H.Şahbazlı və Bakı şəhər sakini İ.Hüseynli müəyyən edilərək saxlanılmışlar.

İyulun 23-də Bakı şəhər sakini S.Məlikova məxsus “Hyundai” markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə  müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılmışdır.Xətai RPİ tərəfindən araşdırma aparılır.

Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, İdarəyə Elşad adlı şəxsin “Sahil” bağında üzərində odlu silahla hərəkət etəməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 7 ədəd patron aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə 1 ədəd əl qumbarası, onun alışqanı və 1 ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb. Araşsdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.