KRİMİNAL XRONİKA

Əsas səhifə

İyulun 26-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini...

26.07.2020

İyulun 26-da saat 9 radələrində Xətai rayonunun M.Hadi küçəsində Bakı şəhər sakini T.Həsənov idarə etdiyi “Renault” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Səyyarə İsmayılovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Xətai RPİ tərəfindən araşdırma aparılır.

İyulun 26-da saat 16 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini X.Bəşirov idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı olmayan yerdən keçən paytaxt sakini Nizami Səyyadovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.Nizami RPİ tərəfindən araşdırma aparılır. 

İyulun 26-da saat 13 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Zamanov idarə etdiyi “Mercedes” markalı evakuatorla velosipedlə yolu keçən qəsəbə sakini Elmir Seyidovu vurmuş və nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində  rayon ərazisindəki mağazaların birindən pul və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılmışdır.

İyulun 22-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı  avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmələri, sonradan bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə getmələri barədə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə müraciət daxil olmuşdur.Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilmişdir.Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılmışdır.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.