KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri ...

27.07.2020

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ə.Hacıyevin cibindən 1240 manat pul oğurlamaqda şübhəli bilinən C.Ağayev saxlanılmışdır.

İyulun 27-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurmuş, nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

İyulun 27-də Xətai rayonu ərazisində yerləşən xəstəxananın stomatoloji otağında tibb bacılarından birinin içərisində 400 manatı və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəxs Baş Mühafizəsi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 37-ci Polis Şöbəsinə təhvil verilmişdir.Onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə olduğu müəyyən edilmişdir.Xətai RPİ tərəfindən araşdırma aparılır.