KRİMİNAL XRONİKA

Əsas səhifə

“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı profil ...

28.07.2020

“İnstagram” sosial şəbəkəsində “m_s700” adlı  profil açaraq narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə  narkotik vasitələrin qəbulunu təbliq etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.
Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs tətbiq edilıb.