KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri

30.07.2020

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki kafelərin birindən 15 000 manat dəyərində 5 ədəd televizor, spirtli içki və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş K.İlyasov saxlanılmışdır.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 26-da Bakı şəhər sakini M.Hüseynzadəyə məxsus 1100 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, paytaxt sakini X.Xuran və Xaçmaz rayon sakini R.Qəniyev saxlanılmışlar. 

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Türkan qəsəbə sakini Y.Ağayevə məxsus istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 500 kiloqram çəkidə 725 ədəd çətənə kolu və 26 kiloqram 100 qram marixuana aşkarlanıb götürülmüşdür. 

İyulun 30-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.