KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 3-cü Polis Bölməsi əməkdaşlarının ...

03.08.2020

Xəzər RPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat dəyərində kombi, 5 ədəd istilik radiatoru və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakinləri Ə.Məsimov və M.Məmmədrəhimov saxlanılmışlar.

Avqustun 3-də saat 20 radələrində Bakı şəhər sakini Rəşad Sadıqovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakini İ.Xıdırov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. Nərimanov rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.