KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən ...

22.09.2020

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Balaxanı qəsəbə sakini A.Şahgəldiyev sentyabrın 20-də qəsəbə ərazisində 5 nəfərin onu döyərək “Niva” markalı avtomobilini aldıqlarını bildirmişdir.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Y.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobil sahibinə qaytarılmışdır.
 
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş S.Xəlilovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 7 avtomobildən oğurluğa cəhd göstərməsi, 1 avtomobildən isə sənəd oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirmişdir.
 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da rayon ərazisindəki evlərin birindən 300 manat pul və noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov saxlanılmışdır.