KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovun ...

24.09.2020

Oğurluq etdiyinə görə tutulmuş E.Şahbazovun ətrafında Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 5 evdən 340 manat pul, gümüş əşyalar, elektrik təmir alətləri, məişət əşyaları, samovar, 19 ədəd elektrik açarı, kombi aparatı, 50 metr elektrik naqili, 2 mağazadan pul, ərzaq məhsulları, parfümeriya,
 
tütün məmulatı, bəzək əşyaları və 1 həyətdən 30 ev quşu oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.Piriyevin 550 manat dəyərində avtomobil ehtiyat hissələrini, içərisində 1300 manat və qızıl-zinət əşyası olan pulqabısını oğurlamaqda şübhəli bilinən  paytaxt sakini N.Şahverdiyev saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də C.Süleymanova qarşı zor tətbiq edib qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Vəliyev saxlanılmışdır.