KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının...

02.10.2020

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Shacman” və “Hovo” markalı avtomobillərdən 4 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İdrisov saxlanılmışdır.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də Xocəsən qəsəbəsi ərazisində daha bir “DAF” markalı avtomobildən 700 manat dəyərində akkumulyator oğurlaması da müəyyən edilmişdir.