KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə ...

08.10.2020

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə oktyabrın 8-də saat 3 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilmişdir.

Nərimanov RPİ-nin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş  məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilmişdir.

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 7-nə keçən gecə Badamdar qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birindən qəsəbə sakini H.Həsənova məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ağstafa rayon sakini E.Əliyev oktyabrın 8-də Şəmkir rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır. 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini O.Mustafayevə zor tətbiq edərək mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş T.Şahverdiyev saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş V.Hüseynovun ətrafında Nizami RPİ 25-ci PŞ və Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun restoranların birindən  500 manat pul və  800 manat dəyərində noutbuk oğurlaması, bir köşkdən isə oğurluqda qrup üzvü kimi iştirak etməsi də müəyyən edilmişdir.