KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 19-da saat 20 radələrində....

19.10.2020

Oktyabrın 19-da saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Hüseynli idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini Məhəmməd Pənahovu vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür
 
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.  

Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Gözəlov saxlanılmışdır.