KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə ...

21.10.2020

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılmışlar.

Oktyabrın 21-də saat 13 radələrində Nəsimi rayonu ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. 20-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini M.Mirzəyev olduğu müəyyən edilmişdir. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də həmin mağazadan 260 manat dəyərində ərzaq məhsulları və spirtli içki oğurlaması da müəyyən edilmişdir.