KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə ...

23.10.2020

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə oktyabrın 23-də saat 9 radələrində Balaxanı qəsəbəsində yaşayan Natiq Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olmuşdur. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. bTəxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin münaqişə zəminində Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Ü.Mahmudov tərəfindən törədilməsi müəyyən edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ü.Mahmudov saxlanılaraq istintaqa təhvil verilmişdir. Faktla bağlı cinayət işi başlanılmışdır. 

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Əliyev və A.Əliyev saxlanılmışlar.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini K.Abdulovanın çantasından 1000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şükürov saxlanılmışdır.

Oktyabrın 22-də Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindən X.Fətullayevə məxsus “Geelly” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Teymurov oktyabrın 23-də qəsəbə ərazisində avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır. 

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun oktyabrın 23-nə keçən gecə rayon ərazində yerləşən tədris mərkəzlərinin birindən 7043 manat pul oğurlaması da müəyyən edilmişdir.