KRİMİNAL XRONİKA

Əsas səhifə

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə ...

25.10.2020

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Süleymanov oktyabrın 25-də Q.Qarayev prospektindəki bazarda bir nəfərin ona zor tətbiq edib 2500 manat pulunu aldığını bildirmişdir. 24-cü Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini O.Bayramlı müəyyən edilərək saxlanılmışdır. Araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir mağazadan 250 manat pul, 1639 manat dəyərində qol saatı, 11 ədəd mobil telefon, planşet, poverbank və tort oğurlaması da müəyyən edilmişdir.