KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının ...

27.10.2020

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 750 manat, 2000 ABŞ dolları, 6600 manat dəyərində 2 ədəd televizor və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini B.Hüseynov saxlanılmışdır.

Oktyabrın 27-də saat 21 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.