KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının ...

29.10.2020

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də rayon ərazisindəki 2 mağazadan 40 manat pul, planşet, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən bir yeniyetmə saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 8 qramdan artıq heroin götürülmüşdür.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də rayon ərazisində 2 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Tahirov saxlanılmışdır.