KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının ...

31.10.2020

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-dən 31-dək olan müddətdə Maştağa qəsəbəsindəki Rabitə Xidmətinə məxsus 1378 manat dəyərində 80 metr yeraltı kabel oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ə.Əliyev saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun M.Mirəliyev küçəsindəki Rabitə Xidmətləri Mərkəzinə məxsus quyulardan 3500 manat dəyərində 224 metr kabel oğurlaması da müəyyən edilmişdir.

Soyğunçuluq etdiyinə görə tutulmuş N.Məmmədovun ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun F.Mehdiyevin və R.Mustafayevin mobil telefonlarını açıq talama yolu ilə aparması da müəyyən edilmişdir.