KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə ...

01.11.2020

Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Ələkbərov rayon ərazisində bir nəfərin onu döyüb bıçaqla hədələyərək 235 manat dəyərində qol saatını və cibində bank kartı olan gödəkçəsini aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Q.Məmmədov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Cari il oktyabrın 31-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vüsal Babayev idarə etdiyi “Lifan” markalı avtomobili yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə sürücü noyabrın 1-də yaşadığı evdə ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 1-də saat 20 radələrində Nəsimi rayonunun A.Salamzadə küçəsində Laçın rayon sakini Ehtiram Qarayevin idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini K.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Qarayev hadisə yerində ölmüş, 5 sərnişini, eləcə də digər sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ələkbərovu bıçaqla hədələyib 300 manat dəyərində mobil telefonunu, içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını, həmçinin içərisində 80 manat dəyərində geyim əşyaları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Rəhimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də rayon ərazisindəki evlərin birindən içərisində 322 manat pul və şəxsiyyət vəsiqəsi olan pulqabı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini C.Ağayev saxlanılmışdır.

Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də paytaxt sakini İ.Nəsirovun 2400 manat dəyərində mopedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini H.Həsənov saxlanılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri K.Həsənovun mobil telefonunu dələduzluq yolu ilə almaqda, P.Hacıyevin isə cibindən içərisində 4700 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Əmirov saxlanılmışdır.

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də rayon ərazisində 5627 manat dəyərində 44 ədəd su quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Fərəcov, Ş.Əzimov və qardaşı saxlanılmışlar.