KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə ...

02.11.2020

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10.000 manat pul tələb etdiyini bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilmiş və görülmüş tədbirlərlə o, saxlanılmışdır.
Araşdırma aparılır.

Noyabrın 1-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəxsiyyəti məlum olmayan 3 nəfər xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Kazımovu döymüş və balta ilə ona məxsus “Toyota” markalı avtomobilə maddi ziyan vurmuşlar. Baş Mühafizə İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri Ramana qəsəbə sakini R.Ellazov saxlanılmış, digərlərinin isə tutulması  istiqamətində tədbirlər görülür.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-nə keçən gecə rayon ərazisində “Opel” markalı avtomobildən içərisində 400 manat olan pulqabı, 195 manat dəyərində maqnitofon və ayaqaltılar oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş X.Seyidov saxlanılmışdır.

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət edən Ağdam rayon sakini H.Əliyeva oktyabrın 30-da N.Mahmudov küçəsində bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Rüstəmov müəyyən edilərək saxlanılmışdır.