KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki ...

03.11.2020

Noyabrın 3-də Nəsimi rayonunun Cavadxan küçəsindəki Təcili Yardım Stansiyasında bir nəfərin həkim Q.Hüseynovanın pulqabısından 1010 manat pulu açıq talama yolu ilə aparması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş V.Əlizadə müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.

Noyabrın 3-də Nizami rayonunun H.Əliyev prospektində naməlum şəxs Şabran rayon sakini A.Şahbazovaya zor tətbiq edib içərisində 100 manat və sənəd olan çantasını almışdır. Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Umudov ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Mirzəyevanın içərisində 13 manat, sənədlər və kosmetik əşyalar, habelə F.Paşayevanın içərisində 280 manat və 100 manat dəyərində planşet olan çantalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Vəliyev saxlanılmışdır.


Əlahiddə Çevik Polis Alayı və Səbail RPİ 41-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Zamanovun idarə etdiyi ”Kia” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd “beşbarmaq”,  1 ədəd bıçaq, 3 qramdan artıq metamfetamin və 8 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.