KRİMİNAL XRONİKA

Əsas səhifə

BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının ...

05.11.2020

BŞBPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonu ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılmışdır. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki daha bir evdən mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12285 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.