KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının ...

13.11.2020

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Quliyev saxlanılmışdır.

Suraxanı RPİ  31-ci  Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindən V.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən V.Ağayev saxlanılmışdır.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-də  M.Ətainin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini  törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Sadıqov idarə etdiyi “BMW ” markalı avtomobillə birgə saxlanılmışdır.