KRİMİNAL XRONİKA

Əsas səhifə

Saxlanılan şəxsdən “Makarov” markalı tapança götürülüb...

05.01.2021

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Səlimovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülmüşdür.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Bakı şəhər sakini S.Hüseynovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, paytaxt sakini Ç.Əliyeva müəyyən edilərək saxlanılmışdır.

Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri olan 7 nəfər saxlanılmışdır. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 430 qrama yaxın heroin, 11 qramdan artıq metamfetamin və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.