KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər sakini P.Məmmədova məxsus velosipedi oğurlamaqda şübhəli bilinən E.Hüseynov saxlanılmışdır...

01.01.2021

Bakı şəhər sakini P.Məmmədov dekabrın 30-da velosipedinin oğurlanması ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə müraciət etmişdir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov saxlanılmışdır.
 
 
Binəqədi RPİ 5-ci PB-nin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.Kazımovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində M.Hacalıya məxsus velosipedi oğurlaması da müəyyən edilmişdir.