KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının...

18.01.2021

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini İ.Süleymanlının cibindən pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Səfərov saxlanılmışdır.
 
Yanvarın 18-də saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini S.Salahlı idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Allahverdiyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırma aparılır.