KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin...

22.01.2021

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Nizami RPİ-nin 23-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də İ.Qasımzadəni döyərək mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Hüseynov, Y.Qəhrəmanov və R.Mustafayev müəyyən edilərək saxlanılmışlar.
 
Yanvarın 22-də saat 18 radələrində  Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A.Qəhrəmanova idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən paytaxt sakini  S.Hüseynovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.