KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının...

24.01.2021

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 23-dək olan müddətdə Hövsan qəsəbəsi ərazisindəki evlərin birindən 1424 manat dəyərində təmir-tikinti alətləri, bir şadlıq sarayından 860 manat dəyərində, bir yardımçı otaqdan isə 4000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılmışdır.

Yanvarın 24-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Həsənzadə idarə etdiyi “Range Rover” markalı avtomobili yolun kənarında dayanmış paytaxt sakinləri A.Bağırova məxsus “Mercedes” və N.Rzayevə məxsus “Daewoo” markalı avtomobillərə vurmuşdur. Nəticədə Ə.Həsənzadə aldığı xəsarətlərdən hadisə yerində ölmüş, A.Bağırov xəstəxanaya yerləşdirilmişdir. Xəzər RPİ tərəfindən araşdırma aparılır.