KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi rayonunda narkotik vasitələrin satışı ilə məşğul şəxs saxlanılıb

10.02.2021

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış təədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyysi ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini İlqar Kərimov Sulutəpə qəsəbəsi ərazisində saxlanılıb. Onun əlində olan bağlamaya baxış zanmanı ümumi çəkisi 1 kiloqram olan narkotik vasitə heroin və 70 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, İlqar Kərimov narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşından əldə edib. O, həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri ərazisində  müxtəlif yerlərə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.
Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlqar Kərimov tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq  tədbirləri davam etdirilir.