KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaçırılan avtomobil tapılıb

28.02.2021

Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəsəbəsindən “Ford” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cəlilov müəyyən edilərək Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.