KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 17-ci PŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının...

27.04.2021

Nərimanov RPİ 17-ci PŞ və Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-dən 27-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki yaşayış binalarından birinin girişindən Ə.İsmayılova məxsus 2000 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Cəfərov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun N.Mamedova məxsus velosipedi oğurlaması da  müəyyən edilmişdir.
 
Suraxanı RPİ 33-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri C.Abdullayev, F.Kulmanov və S.İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı onlardan ümumilikdə 1 kiloqram 964 qrama yaxın heroin, 239 qramdan artıq metamfetamin və 9 qrama yaxın tramadol aşkar edilərək götürülmüşdür.