KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının...

25.04.2021

Xəzər RPİ 1-ci PŞ və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 13 evdən  pul, televizor, qaynaq aparatı, kombi, lambrin, elektrik lampası, təmir-tikinti alətləri, su mühərriki, inşaat materialları, xalça, naqil, velosiped, məişət əşyaları, hava kompressoru və generator oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş İ.Ağamirzəyev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş E.Mayılovun ətrafında Xəzər RPİ 1-ci PŞ və 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 6 evdən pul, qızıl-zinət və gümüş əşyalar, mobil telefon, velosiped, qol saatı, televizor, 2 mağazadan isə noutbuk, danışıq kartları və tütün məmulatları oğurlaması da müəyyən edilmişdir.