KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının...

08.06.2021

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də rayon ərazisindəki ofislərin birindən 3500 manat pul və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Ş.Hacıyev saxlanılmışdır.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də Bakı şəhər sakini H.Əsgərlinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini V.Həsənov saxlanılmışdır. Araşdırma aparılır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 162 ədəd çətənə  kolu aşkar edilərək götürülmüşdür.