KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 14-də gecə saat 1 radələrində...

14.06.2021

İyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölmüş, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətirilmişlər. 
Araşdırma aparılır.