KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının...

16.06.2021

İyunun 17-də saat 2 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsində Bakı şəhər sakinləri T.Məmmədovun idarə etdiyi “Volkswagen” və X.Xəlilovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşduqdan sonra “Volkswagen” markalı avtomobil Abşeron rayon sakini Mehti Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobilə dəymişdir. Nəticədə M.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, T.Məmmədov xəstəxanaya yerləşdirilmişdir. Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsi ərazisində Zərdab rayon sakini S.Mehdixanlıya zor tətbiq edib cibindəki 90 manat pulu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Sadıqov saxlanılmışdır.
 
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də Bakı şəhər sakini Ə.Mansurovaya, iyunun 15-də isə T.Məmmədovaya zor tətbiq edib soyğunçuluq yolu ilə qızıl boyunbağılarını talamaqda şübhəli bilinən Neftçala rayon sakini M.Zeynalov müəyyən edilərək saxlanılmışdır.