KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının...

17.06.2021

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda P.Yaqubovanın, Ə.Hüseynzadənin, S.Məmmədovanın və B.Xanmuradovun mənzillərinə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Umudov saxlanılmışdır.

Soyğunçuluq etdiyinə görə tutulmuş M.Zeynalovun ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun paytaxt sakini M.Allahverdiyevaya zor tətbiq edib qızıl boyunbağısını alması da müəyyən edilmişdir.

Nəqliyyat vasitəsi qaçırdıqlarına görə saxlanılmış T.İsmayılovun və B.Ağayevin ətraflarında Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onların T.Xankişiyevə məxsus  “ZAZ” markalı avtomobili qaçırmaları da müəyyən edilmişdir.