KRİMİNAL XRONİKA

Əsas səhifə

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanlıb

21.06.2021

Yasamal RPİ 29-cu Polis Şöbəsinə Sumqayıt şəhər sakini F.Səbziyevin iyunun 21-də saat 4 radələrində idarə etdiyi “Saipa” markalı avtomobilə sərnişin qismində oturmuş şəxsin onu beşbarmaqla hədələyib 75 manat pulunu alması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Cəfərov müəyyən edilərək saxlanılmışdır.