KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının...

07.09.2021

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Gözəlov və qardaşı saxlanılmışlar. Şəxsi axtarış zamanı E.Gözəlovdan 1 kiloqram 570 qram heroin, qardaşından isə 6 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 2-də rayon ərazisindəki evlərin birindən inşaat materialları, planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Əhmədov saxlanılmışdır.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Abşeron rayon sakini C.Babayevə məxsus “Daewoo” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bərdə rayon sakini Ş.Dərziyev müəyyən edilərək avtomobillə birgə saxlanılmışdır. Araşdırma aparılır.