KRİMİNAL XRONİKA

Əsas səhifə

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının...

20.09.2021

Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 200 manat, 100 ABŞ dolları pul və 2000 manat dəyərində 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Ş.Əliyev saxlanılmışdır.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 15-də S.Əlyarbəyovanın çantasından mobil telefon və 504 manat pulunu oğurlamaqda şübhəli bilinən Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş P.Hüseynova saxlanılmışdır.

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Cəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 535 qram marixuana aşkar edilərək götürülmüşdür.

Sentyabrın 17-də saat 16 radələrində Binəqədi rayonu ərazisində Babək rayon sakini T.Orucov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Zeynəb Bayramovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.