KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 3-cü PB əməkdaşlarının...

22.09.2021

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisindəki evlərin birindən 3750 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də rayon ərazisində bir avtomobildən 3000 manat pul, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Quliyev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılmışdır.

Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 5575 manat dəyərində armatur oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılmışdır.