KRİMİNAL XRONİKA

Əsas səhifə

28 cinayətin üstü “isti izlər”lə açılmışdır

14.11.2021

Respublikanın daxili işlər orqanları tərəfindən 14 noyabr 2021-ci il tarixdə gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 23 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılmışdır.