KRİMİNAL XRONİKA

Əsas səhifə

Quldurluq etməkdə şübhəli bilinən Ramana qəsəbə sakini saxlanıb

07.03.2022

Quldurluq etməkdə şübhəli bilinən Ramana qəsəbə sakini F.İmanov müəyyən edilərək saxlanılmışdır

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə martın 6-da Ramana qəsəbəsi ərazisində yerləşən restoranların birində bir nəfərin qəsəbə sakini A.Zakirovu bıçaqla hədələyib mobil telefonunu talaması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.İmanov müəyyən edilərək saxlanılmışdır.
Sabunçu RPİ-də araşdırma aparılır.