KRİMİNAL XRONİKA

Əsas səhifə

Mopedi oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

19.04.2022

Nəsimi rayonunun D.Əliyeva küçəsindən Şəki rayon sakini M.Əsədova məxsus mopedi oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılmışlar
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə D.Əliyeva küçəsindən Şəki rayon sakini M.Əsədova məxsus mopedin oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.İbrahimov və M.Əliyev müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.