KRİMİNAL XRONİKA

Əsas səhifə

Elektrik naqilinin oğurlamaqda şübhəli Zəngilan rayon sakini saxlanılıb

08.05.2022

2500 manat dəyərində elektrik naqilinin oğurlamaqda şübhəli bilinən Zəngilan rayon sakini P.İsmayılov müəyyən edilərək saxlanılmışdır
Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Dərnəgül qəsəbəsi ərazisindəki mağazalardan birinin anbarından 2500 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olmuşdur. 
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş P.İsmayılov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.