KRİMİNAL XRONİKA

Əsas səhifə

“Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

13.09.2022

Xəzər RPİ-nin Dövlət Yol Polisi Şöbəsində “Mercedes” markalı bir avtomobilin cəriməsi yoxlanılarkən onun qaçırılması aşkar olunub. Avtomobil cərimə meydançasına yerləşdirilib. 
Araşdırmalarla Bakı şəhər sakini P.Tağıyev və Saatlı rayon sakini S.Zeynalovun Binəqədi qəsəbəsi ərazisindən qaçırdıqları Lənkəran rayon sakini R.Nəsirova məxsus nasaz vəziyyətdə olan “Mercedes” markalı avtomobili Lerik rayon sakinləri N.Qasımova və əmisi oğluna satmaları müəyyən olunub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən P.Tağıyev və S.Zeynalov saxlanılıblar. Araşdırma aparılır.