KRİMİNAL XRONİKA

Əsas səhifə

Axtarışda olan Bakı şəhər sakini F.Mirzəyev saxlanılıb

25.01.2023

Xəzər rayonunun Binə qəsəbəsindəki bir ofisin kondisioner mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən, Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan Bakı şəhər sakini F.Mirzəyev saxlanılıb.