KRİMİNAL XRONİKA

Əsas səhifə

G.Qurbanovanın bank hesabından 500 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini A.Əliyeva saxlanılıb

31.01.2023

Bakı şəhər sakini G.Qurbanovanın bank hesabından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.